Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisad elmləri üzrə 36 doktorant və dissertantın dissertasiya mövzuları təsdiqlənib
24.02.2020 09:26
  • A-
  • A
  • A+

İqtisad elmləri üzrə 36 doktorant və dissertantın dissertasiya mövzuları təsdiqlənib

AMEA-nın İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində İqtisad elmləri üzrə elmi şuranın 2020-ci ildə ilk iclası keçirilib.

İnstitutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçən iclasda bir neçə ali təhsil müəssisəsinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 36 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənib.

Bəzi dissertasiya işinin mövzuları isə ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: