Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan tibbinin korifeyləri” toplusu nəşr olunub
21.02.2020 17:53
  • A-
  • A
  • A+

“Azərbaycan tibbinin korifeyləri” toplusu nəşr olunub

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və müəssisənin Nəzəri-metodoloji problemlər şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabovanın müəllifi olduqları “Azərbaycan tibbinin korifeyləri” toplusu çapdan çıxıb.

Azərbaycan, rus və ingilis dillərində təqdim olunan kitab AMEA-nın həqiqi və ya müxbir üzvü olmuş və hazırda fəaliyyət göstərən Azərbaycanın tibb sahəsi üzrə görkəmli elm adamlarının həyat və fəaliyyətinə həsr edilib.

Nəşrin elmi redaktoru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevdir.

Kitab hazırlanarkən Azərbaycanda və Rusiyada yerləşən müxtəlif fondlarda saxlanılan materiallardan, o cümlədən AMEA-nın bir çox qurumlarının, ali təhsil müəssisələrinin arxivlərindən, biblioqrafik mənbələrdən, internet resurslarından, KİV-dən, eləcə də ailə arxivlərindən əldə edilən sənədlərdən istifadə olunub.

“Azərbaycan tibbinin korifeyləri” toplusu tibb sahəsində çalışan mütəxəssislər, tibb üzrə təhsil alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: