Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Şərqşünaslıq İnstitutunda Yaponiya ilə bağlı tədqiqatlar aparılır
21.02.2020 14:28
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Yaponiya ilə bağlı tədqiqatlar aparılır

Fevralın 21-də AMEA-nın akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil attaşesi Daiki İşikava ilə görüş keçirilib.

Görüşdə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun Asiya və Sakit Okeaniya regionu ölkələri şöbəsinin əməkdaşları iştirak ediblər.

G.Baxşəliyeva yapon diplomata müəssisənin yaranma tarixi və elmi istiqamətləri barədə məlumat verib. O, Şərqşünaslıq İnstitutunun Yaponiyanın elm və təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Alim institutda bir neçə il öncə Asiya və Sakit Okeaniya regionu ölkələri adlı şöbənin yaradıldığını deyərək, həmin şöbədə Yaponiya üzrə mütəxəssisin də fəaliyyət göstərdiyini bildirib. 

Sonra f.ü.f.d. Zenfira Şıxəlibəyli çıxış edərək rəhbəri olduğu Asiya və Sakit Okeaniya regionu ölkələri şöbəsində region ölkələrlə, xüsusilə Yaponiya ilə bağlı mühüm tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Tədbirdə şöbənin əməkdaşları - çinşünas mütəxəssis, c.ü.f.d. Rafiq Abbasov və Afaq Nərimanova elmi araşdırmaları barədə məlumat veriblər.

Daiki İşikava Şərqşünaslıq İnstitutunda Yaponiya ilə bağlı tədqiqatların aparılmasından məmnunluğunu ifadə edib, bu sahəyə Yaponiya səfirliyinin də dəstək verməyə hazır olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: