Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunun bir qrup əməkdaşı “Əmək veteranı” adına layiq görülüb

AMEA Aşqarlar Kimyası İnstitutunun bir qrup əməkdaşı “Əmək veteranı” adına layiq görülüb

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) bir qrup əməkdaşı “Əmək veteranı” adına layiq görülüb. Bu münasibətlə institutda təşkil olunmuş tədbirdə həmin əməkdaşlara “Əmək veteranı” vəsiqələri təqdim edilib. AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, AMEA-da bütün həyat və yaradıcılığını elmə həsr edən çoxlu qocaman alimlər var: “Onlardan bir qrupu Aşqarlar Kimyası İnstitundada çalışırlar. İnstitut fəaliyyətə başladığı gündən indiyə kimi müəyyən çətinliklərə baxmayaraq, onlar fasiləsiz işləmiş, nəinki Azərbaycan elminə, eləcə də dünya elminə mühüm töhfələr vermişlər”.

Akademik qeyd edib ki, AMEA rəhbərliyi hər zaman elmə xidmət edən alimlərə böyük diqqət göstərir. Alimlərimizin “əmək veteranı adına layiq görülməsi bu diqqətin nəticəsidir.

Sonra institutun Veteranlar Şurasının sədri Nüsrət Əliyev çıxış edərək bildirib ki, tarixən AMEA-da uzun müddət fasiləsiz çalışan əməkdaşlara “Əmək veteranı” adı verilib: “AMEA-nın yeni rəhbərliyi yenidən bu məsələni gündəmə gətirmişdir. Akademiya üzrə əmək veteranlarının yığıncağı keçirilmiş, sədr və idarə heyəti seçilmişdir. AMEA-nın institut və təşkilarları üzrə bir qrup əməkdaşa bu adın verilməsi qərara alınmışdır”.

Sonda akademik V.Fərzəliyev institutda bu ada layiq görülən 33 əməkdaşa “Əmək veteranı” vəsiqələrini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: