Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları dünya kitabxanalarına göndəriləcək
07.02.2020 12:47
  • A-
  • A
  • A+

Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları dünya kitabxanalarına göndəriləcək

AMEA-nın Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edilib.

Bu münasibətlə Milli Kitabxanada keçirilən tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi müəssisənin Tarix İnstitutu ilə səmərəli əməkdaşlığından danışıb. Bildirib ki, Tarix İnstitutunda Qarabağın, İrəvanın, Naxçıvanın, habelə soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq, həqiqəti əks etdirən əsərlər yazılıb. Hər il institutda çap olunan bu əsərlər Milli Kitabxanaya təqdim edilir, daha sonra həmin nəşrlər dünya kitabxanalarına çatdırır.

"Tarix İnstitutu əsərlərin xarici dillərdə nəşrinə və dünya ölkələrinə yayılmasına xüsusi önəm verir" - deyən Kərim Tahirov kitabxanaya təqdim olunan xarici dillərdə kitabların yaxın bir ay ərzində dünya kitabxanalarına göndəriləcəyini diqqətə çatdırıb.

Sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə rəhbəri olduğu elmi müəssisədə 500-ə yaxın tədqiqat əsərinin, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə kitabların nəşr olunduğunu bildirib. Qeyd edib ki, xarici dillərdə olan nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: