Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Elm və innovasiyalar sahəsində Rusiya Federasiyası Prezidenti mükafatının laureatları məlum olub
06.02.2020 09:29
  • A-
  • A
  • A+

Elm və innovasiyalar sahəsində Rusiya Federasiyası Prezidenti mükafatının laureatları məlum olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin gənc alimlər üçün elm və innovasiyalar sahəsində Rusiya Federasiyası Prezidenti mükafatının verilməsi haqqında fərman imzalayıb.

2019-cu il üçün bu sahədə 3 gənc alim laureat olub. Mükafatlardan birinə Səhiyyə Nazirliyinin Eksperimental Onkologiya və Biotibb Texnologiyaları Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Marina Şirmanova layiq görülüb. O, onkoloji proseslərin öyrənilməsində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıb.

Məktəbəqədər və məktəb yaşlı uşaqların koqnitiv inkişafı ilə bağlı apardığı mədəniyyətlərarası tədqiqatlara görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinin Təhsil və pedaqogika psixologiyası kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru Aleksandr Veraksa layiq görülüb.

Həmçinin İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin Fiziki-texniki fakültəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sergey Makarov yarımkeçirici nanofotonika əsasında nano-miqyaslı optik qurğular üçün yeni platformanın hazırlanmasına görə mükafatlandırılıb.

Laureatlar haqqında daha ətraflı məlumatı www.poisknews.ru saytından əldə etmək olar.

  • Paylaş: