Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantları attestasiyadan keçib
05.02.2020 15:08
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantları attestasiyadan keçib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil alan magistrantların attestasiyası aparılıb.

İclasda magistrantların qış imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı məsələləri müzakirə edilib.

Müəssisədə yaradılmış Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.

Qeyd edək ki, hazırda institutda “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya”, “Nanobiotexnologiya” ixtisasları üzrə Azərbaycan və rus bölməsində ümumilikdə 15 magistrant təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: