Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsda duzlu göl aşkar edilib
05.02.2020 09:21
  • A-
  • A
  • A+

Marsda duzlu göl aşkar edilib

Hazırda qurumuş, vaxtilə Marsın Geyla kraterində mövcud olan göl duzlu olmaqla yanaşı, canlı varlıqlar üçün kifayət qədər uyğun turşu-qələvi balansına da malik olub.

“Nature Communications” jurnalında dərc edilmiş yeni tədqiqat işi Qırmızı planetdə həyatın mövcudluğunu bəyan etməsə də, vaxtilə Marsın canlı planet olduğuna dair əhəmiyyətli sübutlar ortaya qoyur.

popmech.ru saytının məlumatına əsasən, məqalə meteorit zərbəsi nəticəsində Marsın səthində yaranmış Geyla kraterindəki tədqiqatlara əsaslanıb. Hazırda bu krater quru və boş ərazi olsa da, vaxtilə kraterdə su – nəhəng göl mövcud olub.

Marsda gəzən “Curiosity” robotu aydınlaşdırıb ki, kraterdə su yalnız duzlu olmayıb, həm də uyğun pH səviyyəsinə malik olub. Lakin Marsda həyatın mövcudluğunun sübutu üçün əlavə tədqiqatlar tələb olunur.

Alimlər artıq planetin səthində çayların axdığını və minerallarla zəngin gölün mövcud olduğunu dəqiq bilirlər. Bundan başqa, tədqiqatlar zamanı bioloji proseslər nəticəsində yarandığı ehtimal olunan orqanik molekullar da aşkar edilib.

  • Paylaş: