Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana Azərbaycan Gəncləri Günü münasibətilə aksiya keçirib
03.02.2020 09:27
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Azərbaycan Gəncləri Günü münasibətilə aksiya keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə kitabxananın gənc əməkdaşları və oxucularının iştirakı ilə aksiya keçirib.

Tədbirdə MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova bu əlamətdar günün tarixindən danışıb. Qeyd edib ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-si ölkəmizdə Gənclər Günü elan edilib. Əsası ulu öndər tərəfindən qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Leyla İmanova kitabxananın gənc əməkdaşlarını və oxucularını təbrik edib, onlara təhsil və elmi axtarışlarında uğurlar arzulayıb.

MEK-in 6 min 500 oxucusunun 4 min 465-nin gənc olduğunu vurğulayan direktor burada yeni informasiya xidmətlərinin məhz kitabxana – gənc oxucular birliyində formalaşdığını qeyd edib. Bildirib ki, MEK əməkdaşlarının əksər hissəsi gənclərdən formalaşır və onlar ənənəvi kitabxana fəaliyyəti, eləcə də rəqəmsallaşdırma, Vikipediya, proqramlaşdırma, ictimaiyyətlə əlaqələr və başqa sahələrdə çalışırlar.

Daha sonra kitabxananın əməkdaşları gənc oxuculara Azərbaycan mədəniyyəti və elminə dair nəşrlər hədiyyə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: