Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın geoloji mühitindən bəhs edən kitab işıq üzü görüb
31.01.2020 16:35
  • A-
  • A
  • A+

Naxçıvanın geoloji mühitindən bəhs edən kitab işıq üzü görüb

Geologiya və Geofizika İnstitutunun (GGİ) Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, həmin şöbənin əməkdaşı Ziyafət Abadzadə və Yer e.ü.f.d. Oktay Rzayevin müəllifi olduqları “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı” kitabı çapdan çıxıb.

Nəşrin baş redaktoru GGİ-nin direktoru, akademik Akif Əlizadədir.

Kitabda uzun illər Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış geoloji, geomorfoloji və hidrogeoloji elmi tədqiqatların, geoloji planlama, geoloji axtarış və kəşfiyyat işlərinin nəticələri əksini tapıb.

“Geoloji mühitin müasir vəziyyəti” və “Tədqiqatlar və tədqiqatçılar” fəsillərindən ibarət olan kitabda Naxçıvanın geoloji mühiti və muxtar respublikanın tədqiqatçıları barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunub. Nəşrdə bəhs edilən mövzulara dair çoxsaylı xəritə, diaqram və fotolar da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: