Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2020 15:40
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında Gənclər Günü qeyd olunub

AMEA-nın elmi müəssisə və təşkilatlarında Gənclər Günü qeyd olunub

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri şuranın sədri Fərid Mustafayev açaraq ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildə “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Fərman imzalandığını xatırladıb. Bildirib ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

Sonra müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev gənclərin ölkənin ictimai və siyasi həyatında mühüm rol oynadığını söyləyib, institutda onların fəaliyyətinə daim dəstək verildiyini bildirib.

Mərasimdə, həmçinin şuranın idarə heyətinin üzvü Aygün Əhmədova qurumun Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il üzrə illik hesabatını təqdim edib.

Bundan əlavə, institutun gənc alimləri Aytac Dadaşova, Aygün Əhmədova, Günel Məmmədova və Vüsalə İsakova fəal elmi-ictimai fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunublar.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda baş tutan tədbirdə isə müəssisənin direktoru, akademik Teymur Kərimli respublikamızda gənclərin hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib.

Mərasimdə, həmçinin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva və Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan dövləti öz gəncliyi ilə fəxr edir və hazırda ölkə gəncləri inkişaf edərək respublikanın tərəqqisinə töhfə verirlər.

Hüseyn Cavidin Ev Muzeyində isə akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin iştirakı ilə “Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” mövzusunda tədbir keçirilib.

İclası muzeyin elmi katibi İlahə Novruzova açaraq bildirib ki, dahi dramaturq, filosof şair Hüseyn Cavid irsinin gənclər arasında təbliği qurumun əsas prioritetlərindən biridir.

Sonra çıxış edən liseyin direktoru Mehriban Vəliyeva böyük dramaturqun zəngin yaradıcılığının respublikanın müxtəlif elm və təhsil müəssisələrində təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: