Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnsana laboratoriyada yetişdirilmiş ürək əzələsi köçürülüb
30.01.2020 12:01
  • A-
  • A
  • A+

İnsana laboratoriyada yetişdirilmiş ürək əzələsi köçürülüb

Yaponiyanın Osaka Universitetinin alimləri ilk dəfə olaraq ürək əzələlərinin yeni transplantasiya növünü uğurla tamamladıqlarını elan ediblər.

Tədqiqatçılar ürəyi yenisi ilə əvəz etmək yerinə, ürək əzələsinin hüceyrələrini pasiyentin ürəyinin zərər görmüş hissələrinə tətbiq ediblər. Alimlər bildirirlər ki, laboratoriya şəraitində yetişdirilmiş hüceyrələr pasiyentin orqanizmi tərəfindən mənimsənildiyi halda bir çox ürək xəstəlikləri zamanı donor orqan axtarmağa ehtiyac qalmayacaq.

www.popmech.ru saytının məlumatına görə, ürək əzələsi hüceyrələrini yetişdirmək üçün alimlər induksiya olunmuş pluripotent kök hüceyrələrindən istifadə ediblər. Bu hüceyrələr yetkin insanın istənilən hüceyrəsini proqramlaşdırma yolu ilə yenidən embrional pluripotent vəziyyətinə qaytarmaqla yetişdirilir.

Osaka Universitetinin alimlər komandası ümid edir ki, təbəqədə yerləşdirilmiş əzələ hüceyrələri pasiyentin ürəyinin funksiyasını yaxşılaşdıraraq, qan damarlarının regenerasiyasına imkan yaradan zülalı ifraz edəcək.

Təcrübə uğurlu alınarsa, bu prosedur ürəyin yenisi ilə əvəzlənməsinə alternativ olacaq.

  • Paylaş: