Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İqtisadiyyat İnstitutunda Həyat Keyfiyyəti İndeksi hazırlanıb
29.01.2020 17:36
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Həyat Keyfiyyəti İndeksi hazırlanıb

AMEA-nın İqtisadiyyat İnstitutunda ilk dəfə olaraq ölkəmizin iqtisadi regionlarında, şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətinin müqayisəli şəkildə qiymətləndirilməsi əsasında Həyat Keyfiyyəti İndeksi hazırlanıb.

Tədqiqat ölkənin 8 iqtisadi rayonunu və onlara daxil olan 61 respublika tabeli şəhər və inzibati rayonu əhatə edib. Azərbaycanın iqtisadi regionlarının, şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb, 31 göstərici əsasında tərtib edilib.

Bu araşdırma mühüm elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, həm də ciddi praktik əhəmiyyət daşıyır. Araşdırmanın nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı faydalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: