Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

ARDNŞ-ın Elm Fondunun 2014-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin nəticələri məlum olub
25.09.2014 00:00
  • A-
  • A
  • A+

ARDNŞ-ın Elm Fondunun 2014-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin nəticələri məlum olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondu AMEA-da işləyən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2014-cü il üçün növbəti müsabiqə elan edib.

Müsabiqəyə 85 layihə təqdim edilib. Təqdim olunan layihələrin ekspertizası məqsədilə Müsabiqə Komissiyası yaradılıb və Komissiyanın tərkibinə müsabiqədə elan olunmuş elm sahələri üzrə aparıcı alimlər daxil edilib.

Elm Fondunun Əsasnaməsinə uyğun olaraq qeydiyyatdan keçmiş layihələrin ciddi ekspertizası təşkil edilib, bununla bağlı Müsabiqə Komissiyasının və İdarə Heyətinin bir neçə iclası keçirilib.

Müsabiqə Komissiyasının və ekspertlərin rəylərini nəzərə alaraq ARDNŞ Elm Fondunun İdarə Heyəti 24 sentyabr 2014-cü il tarixli qərarı ilə 29 elmi-tədqiqat layihəsi, 4 xüsusi layihə və 2 həvəsləndirici mükafat olmaqla aşağıdakı 35 layihəni qalib elan edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: