www.science.az
24.01.2020 16:53

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim QuliyevYer Elmləri Bölməsinə daxil olan institutların rəhbərləri, universitet müəllimləri, GGİ-nin elmi kollektivi, eləcə də media nümayəndələri iştirak ediblər.

Əvvəlcə GGİ-nin direktoru, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verib, seminarın “Yerin və onun struktur elementlərinin tektono-dinamik təkamülünün qeyri-xətti geomexanikasının elmi əsasları” mövzusuna həsr olunduğunu bildirib.

Məruzəçi alimlər – akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Surxay Əkbərov Yer kürəsinin məxsusi rəqslərinin hesablanması üçün uyğun nəzəri modellərin verilməsi və onların riyazi qoyuluşunun həllində əldə edilən nəticələrin izahını veriblər. Bildirilib ki, araşdırmaların nəticələri neft və qaz yataqlarının kəşfinə, istismara hazırlanmasına yönəlib. Alınmış nəticələr müxtəlif nüfuzlu  jurnallarda çap olunub.

Sonra məruzə ətrafında çıxışlar olub, çoxsaylı suallar cavablandırılıb.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.