Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır
23.01.2020 12:17
  • A-
  • A
  • A+

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır.

Bu münasibətlə fondda sözügedən nəşrin müzakirəsi keçirilib.

Tədbirdə kataloqun tərtibçisi fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bildirib ki, nəşrdə fondda mühafizə olunan 200-dək türkdilli əlyazma və çap kitablarının elmi təsviri verilib. Oxucuların kataloqdan istifadəsini asanlaşdırmaq məqsədilə kitabın sonuna “Göstəricilər” bölməsi əlavə edilib.

Müzakirələrdə fond əməkdaşlarından fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov, fondun elmi işçisi Kübra Vəliyeva və Nicabət İslamova çıxış edərək kataloqun gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıb, nəşrlə bağlı fikir və mülahizələrini bildiriblər.

Qeyd edək ki, Əlyazmalar Fondunda 500-dən çox qədim əlyazma və çap kitabları mühafizə olunur. 2016-cı ildən etibarən fond əməkdaşları həmin əlyazma və çap kitablarının kataloqunun hazırlanması işlərinə başlayıb. “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” adlı ilk nəşr 2018-ci ildə çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: