Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tanınmış mətnşünas alim Kamandar Şərifovun 80 illik yubileyi qeyd olunub
23.01.2020 09:57
  • A-
  • A
  • A+

Tanınmış mətnşünas alim Kamandar Şərifovun 80 illik yubileyi qeyd olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Teymur Kərimli çıxış edərək K.Şərifovun Azərbayan mətnşünaslıq elminə mühüm töhfələr bəxş etdiyini bildirib, alimin tədqiqatlarının ölkə səviyyəsində daim yüksək qiymətləndirildiyini vurğulayıb.

Müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov isə çıxışında Kamandar Şərifovun XIX əsrdə yaşamış görkəmli kitabşünas alim Əbdülqəni Xalisəqarızadənin şəxsi arxivinin Əlyazmalar İnstitutuna gətirilməsindəki rolunu xüsusi qeyd edib. Alimin Azərbaycan dilinin təbliğinə diqqət yetirdiyini deyən Paşa Kərimov onun pedaqoji fəaliyyətindən söz açıb.

Daha sonra akademik Möhsün Nağısoylu, professorlar İmamverdi Həmidov, İsmayıl Məmmədli, İlham Əzizov, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova, ilahiyyat üzrə elmlər doktoru Zəkiyyə Əbilova və digərləri çıxış edərək mətnşünas alimin 80 illik ömür yoluna nəzər salıb, K.Şərifovun Azərbaycan elminə verdiyi töhfələrdən bəhs ediblər.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: