Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.01.2020 15:34
  • A-
  • A
  • A+

Avstraliyalı musiqişünas Ərtoğrol Cavidin bəstələrini yeni aranjimanda hazırlayacaq

Avstraliyalı musiqişünas Ərtoğrol Cavidin bəstələrini yeni aranjimanda hazırlayacaq

Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston kollecinin professoru, musiqişünas Con Varney AMEA Hüseyn Cavidin Ev Muzeyində olub.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ilə görüşən C.Varney Ərtoğrol Cavidin yaradıcılığı ilə maraqlandığını və onun bəstələdiyi musiqi əsərlərinə böyük qiymət verdiyini bildirib. O, ədibin “Noktürn” və “Məzəli rəqs” adlı iki musiqi əsərini aranjiman etdiyini xatırladıb. Qeyd edib ki, fortopiano üçün bəstələnmiş əsərlər yeni aranjimanda fleyta, skripka, violançel kimi musiqi alətlərində, eləcə də ansamblda ifa oluna biləcək.

Görüşün sonunda Ə.Cavidin digər bəstələrinin də gələcəkdə aranjiman olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: