Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc alim və mütəxəssislər Avropanın elmi mərkəzlərinə ezam olunacaq
24.09.2014 00:00
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislər Avropanın elmi mərkəzlərinə ezam olunacaq

AMEA prezidenti, akademik Akif Əlizadənin imzaladığı sərəncama əsasən, akademiyanın 17 gənc alim və mütəxəssisi doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə ezam olunacaq. Bu qərar “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, ezam olunacaq gənclər AMEA Rəyasət Heyəti tərəfindən keçirilən müsabiqə yolu ilə seçiliblər. Ezamiyyətin müddəti və maliyələşdirmə imkanları AMEA və AR Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə görə müəyyənləşdiriləcək.

Gənclər Avropanın bir çox ölkələri, o cümlədən Rusiya və Türkiyənin tanınmış universitet, elmi tədqiqat mərkəzi, müəssisə və təşkilatlarında təhsil alacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: