www.science.az
17.01.2020 15:13

“Metafizika” jurnalının yeni nömrəsi çapdan çıxıb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca səkkizinci nömrəsi işıq üzü görüb.

Nəşrin bu sayında Azərbaycan, rus və fars dillərində məqalələr yer alıb. Belə ki, Rəfail Həsənovun “İnstitutlar və sahibkarlıq”, Qəmərxanım Cavadlının “Orqan və hüceyrə transplantasiyası problemlərinə dünya dinlərinin etik baxışları”, Əbdülhüseyn Kələntari və Afşin Nikbəxtin “Müasir düşüncə tarixində T.Hobbsdan F.Hegelə qədər özgələşmə konsepsiyası krosesinin araşdırılması”, Əkrəm Bağırovun “Ərəfat ül-Aşiqin və Ərəsat ül-Arifin” təzkirəsi və Azərbaycan şairləri”, Eldar Əmirovun “Kəsilməzlik ideyası riyazi-fəlsəfi invariant kimi”, MirFərəc Abasovun “Postkapitalizmin iqtisadi, ictimai-siyasi və mədəni əsasları” və Seyid Cavad Mirinin “Seyid Cavad Təbatəbainin İslamşünaslıq anlayışına dair  çalışmaları” adlı məqalələri oxuculara təqdim olunur.

Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.

Jurnal “International Index Copernicus”, “OCLC”, “İdeal Online”, “EBSCO”, “DIIF”, “DRJI”, “CiteFactor”, “ISC”, “SID”, “OAJI”, “Cosmos Impact Factor” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.