Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" jurnalının yeni sayı işıq üzü görüb
17.01.2020 11:40
  • A-
  • A
  • A+

"Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" ("Seismoprognosis observations in the territory of Azerbaijan") jurnalının 2019-cu ildəki ikinci sayı çapdan çıxıb. 

İngilis dilində nəşr edilən jurnalın növbəti buraxılışında Azərbaycan ərazisində seysmoloji, geofiziki, geodinamik sahələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair məqalələr əksini tapıb. 

Qeyd edək ki, beynəlxalq tələblərə uyğun çap olunan jurnalın 2019-cu ildən dövriliyi iki dəfəyə qədər artırılıb. Jurnalda məqalələr yerli və xarici mütəxəssislərin rəyi əsasında dərc edilir. Yer elmləri ilə məşğul olan alim və mütəxəssislər, eləcə də magistr və doktorantlar öz məqalələrini təqdim edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: