Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada müxtəlif dillərdə minlərlə qəzet mühafizə olunur
14.01.2020 10:01
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada müxtəlif dillərdə minlərlə qəzet mühafizə olunur

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Qəzet fondunda Azərbaycan dilində 1800, rus dilində 1331, Şərq xalqlarının dillərində 23987 nüsxə qəzet mühafizə olunur.

Kitabxanaya təqdim edilən qəzetlər hər 3 aydan bir fonda təhvil verilir. Fondda qəzetlər aylar, nömrələr, eləcə də dillər (Azərbaycan, rus, ingilis) üzrə çeşidlənir, arxivləşdirilir. 

Fondda saxlanılan ən qədim qəzet Azərbaycan dilində 1906-cı ildə çap olunmuş “Həyat” qəzeti və rus dilində 1905-ci ildə nəşr edilmiş “Baku” qəzetidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: