Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dünyada ən dayanıqlı batareya hazırlanıb
13.01.2020 16:41
  • A-
  • A
  • A+

Dünyada ən dayanıqlı batareya hazırlanıb

Con Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasının alimləri dünyada ən dayanıqlı batareya hazırlayıblar. Yenilik yanğına, istənilən kimyəvi birləşmələrə, suya və hətta gülləyə dayanıqlıdır.

hightech.fm saytı xəbər verir ki, laboratoriya fiziklərinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası 5 il ərzində istənilən növ deformasiyalara qarşı dayanıqlı olan litium-ion batareyası üzərində işləyiblər. Alimlər sözügedən batareya üzərində müxtəlif əməliyyatları (kəsmək, əymək, güllə ilə vurmaq və müxtəlif kimyəvi maddələrin təsirinə məruz qoymaq) sınaqdan keçiriblər.

Tədqiqatçılar bildirirlər ki, bu batareya həm də oda davamlıdır.

  • Paylaş: