Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri Ucarda torpaq ekspedisiyası aparıblar
31.07.2014 00:00
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri Ucarda torpaq ekspedisiyası aparıblar

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bir qrup əməkdaşı - aqrar elmlər üzrə fəlsəfə doktorları Svetlana Eyyubova, Elton Məmmədov, Əli İbrahimov, Firozə Ramazanova “Şirvan düzü becərilən torpaqların münbitlik göstəricilərinin məkan daxilində dəyişkənliyinin tədqiqi” mövzusunda çöl torpaq tədqiqatlarını yerinə yetiriblər. “Geostatistika”da istifadə edilən metod vasitəsi ilə torpağın fiziki, kimyəvi, bioloji xassələrinin paylanma xüsusiyyətlərinin tədqiqi institutun Ucar Dayaq Məntəqəsinin 27 hektar ərazisində aparılıb. Ərazidə GPS istifadə olunmaqla elementar sahələr ayrılıb və CİS-lə bağlanan nizamlı kəsim nöqtələrinin koordinatları müəyyən edilib.

Çöl şəraitində torpağın tənəffüsü yonca, qarğıdalı, amarant, sorqo və soya bitkiləri altında təyin edilib. Bununla yanaşı, torpaqda ağır metalların (Pb, Hg, Zn, Cu və s.) yayılması və mikroorqanizmlərin miqdarını müəyyən etmək üçün fərqli torpaq qatlarından nümunələr götürülüb. Tədqiqatlar zamanı toplanmış 500-dən çox torpaq nümunəsi hazırda nəzərdə tutulan analizlər üçün hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: