Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Polşalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar
09.01.2020 12:44
  • A-
  • A
  • A+

Polşalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar

Polşanın Varşava Universitetinin Tarix fakültəsinin əməkdaşları - professor Mixail Speydel və Karolina Traş AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Qonaqlar muzeyin direktoru, akademik Nailə Vəlixanlı və qurumun elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva ilə görüşüblər. Görüşdə onlara Milli Azərbaycan Tarixi Muzeyinin tarixi və fəaliyyəti, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında ətraflı məlumat verilib.

Sonda polşalı alimlər muzeyin Arxeologiya, Numizmatika və epiqrafika elmi fond şöbələrində onları maraqlandıran materiallar barədə məlumatlar toplayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: