Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Polimer neft sorbentlərinin alınması və tədqiqi” kitabı çap olunub
25.12.2019 16:51
  • A-
  • A
  • A+

“Polimer neft sorbentlərinin alınması və tədqiqi” kitabı çap olunub

AMEA-nın Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Nəcəf Qəhrəmanovun həmmüəllifi olduğu “Polimer neft sorbentlərinin alınması və tədqiqi” kitabı çapdan çıxıb.

“Elm” nəşriyyatında işıq üzü görən kitabda neft-qaz sahəsinin ekoloji problemləri və neftlə çirklənmiş sahələrin təmizlənməsi istiqamətində nəzərdə tutulan kompleks tədbirlər barədə geniş məlumat verilib. Həmçinin müxtəlif növ fərdi polimerlər və onların qarışıqları əsasında köpüklənmiş polimer sorbentlərin sorbsiyaedici xüsusiyyətləri əksini tapıb.

Nəşrdə su və torpaq səthindən neft və neft məhsullarının sorbsiya prosesinin nizamlanmasının prinsipial şəraiti, köpüklənmiş polimer sorbentlərin makroquruluşlarının morfoloji təhlilləri aparılıb, işlənib hazırlanmış sorbentlərin neft və neft məhsulları üçün yüksək selektivliyi ilə fərqləndikləri qeyd olunub.

Vəsait ali təhsil müəssisələrinin müəllimləri, tələbələr, magistrantlar və doktorantlar, eləcə də neft-qaz sahəsində ekoloji təhlükəsizlik üzrə ixtisaslaşan neft sənayesinin mütəxəssisləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: