Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.12.2019 17:09
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" məqaləsinə həsr olunan dəyirmi masa keçirilib

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" məqaləsinə həsr olunan dəyirmi masa keçirilib

Fəlsəfə İnstitutunda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" məqaləsinə həsr olunan dəyirmi masa keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq sözügedən məqalə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, məqalə İlham Əliyev fenomeninin elmi cəhətdən qiymətləndirilməsi baxımından olduqca təqdirəlayiqdir. İ.Həbibbəyli, həmçinin akademik Ramiz Mehdiyevin elmi fəaliyyətinə nəzər salıb, əsərlərindən nümunələr gətirib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Akademik Ramiz Mehdiyevin liderlik fəlsəfəsi təlimi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, məqalədə liderlik xüsusiyyətləri, həmçinin Azərbaycançılıq ideologiyası iqtisadi, mədəni, siyasi və fəlsəfi baxımdan təhlil edilir.

“Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran lider” əsəri Azərbaycan siyasətşünaslığında yeni istiqamət kimi” mövzusunda məruzə ilə çıxış edən professor Rəna Mirzəzadə isə məqalədə Prezident İlham Əliyevin siyasi portretinin çəkildiyini, yüksək liderlik xüsusiyyətlərinə diqqət yetirildiyini vurğulayıb.

Sonra AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, fəlsəfə elmləri doktorları - Füzuli Qurbanov, Sakit Hüseynov, Afaq Rüstəmova, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları - Eynulla Mədətli, Hüseyn İbrahimov, siyasi elmlər doktoru Qənirə Paşayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: