Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Təhsil Nazirliyində BDU-nun əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.12.2019 09:03
  • A-
  • A
  • A+

Təhsil Nazirliyində BDU-nun əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Dekabrın 16-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən nazir dövlətimizin başçısının bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

C.Bayramov ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.

Sonra universitetin əməkdaşlarına 100 illik münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: