Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib
13.12.2019 17:54
  • A-
  • A
  • A+

AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, a.e.ü.f.d., dos. Qoşqar Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri, a.e.ü.e.d. Məmməd Məmmədov, laboratoriya müdirləri, a.e.ü.f.d. Əminə Axundova və a.e.ü.f.d. Sevda Talıbova Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olublar.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev ilə görüşdə iki elmi müəssisə arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra torpaqşünas alimlərə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun biotexnologiya, bitki-mühafizə, aqrokimya laboratoriyaları və istixanası barədə məlumat verilib. Alimlər laboratoriyalarda quraşdırılmış müasir avadanlıqlar və cihazların fəaliyyət prinsipi və orada aparılan tədqiqatlarla tanış olublar.

Görüş zamanı birgə əməkdaşlıq perspektivləri yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: