Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2019 12:03
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Parkın ərazisindəki büstü önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad edilib.

YT Parkın direktoru, texnika elmləri doktoru, professor Elton Məmmədov çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin memarı olan ümummilli lider Heydər Əliyevin xatirəsi bütün dünya azərbaycanlıları tərəfindən böyük qürur və iftixar hissi ilə anılır: "Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır".

Ulu öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salan alim ümummilli liderin müstəsna xidmətləri ilə xalqımızın yaddaşında əbədilik qazandığını deyib: "İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib".

E.Məmmədov Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: