Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazmalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
10.12.2019 10:04
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

3355.01-Dokumentalistika, sənədşünaslıq və arxivşünaslıq (tarix, filologiya);

3356.01-Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq;

5501.01-Tərcümeyi-hallar;

5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları;

5721.01-Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması).

Sənədlər cari ilin 9-28 dekabr tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Tel.: (+994 12) 497 19 68

E-mail: info@manuscript.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: