Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mürsəl Nəcəfovun həyat və yaradıcılığı” adlı monoqrafiya nəşr olunub
19.06.2014 00:00
  • A-
  • A
  • A+

“Mürsəl Nəcəfovun həyat və yaradıcılığı” adlı monoqrafiya nəşr olunub

“Təknur” nəşriyyatında AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Pərvanə Əliyevanın “Mürsəl Nəcəfovun həyat və yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb. Kitabın elmi redaktoru sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva, rəyçiləri sənətşünaslıq üzrə fəlsəfə doktorları A.Sadıqova və G.Quliyevadır.

Monoqrafiya milli sənətşünaslığımızda bu mövzuya həsr olunmuş ilk tədqiqat əsəridir. Əsərdə ilk dəfə olaraq, Azərbaycan sənətşünaslığında professor Mürsəl Nəcəfovun elmi araşdırmaları sistemli, hərtərəfli tədqiq edilib, Azərbaycan satirik qrafikasının tarixinin öyrənilməsində rolu müəyyənləşdirilib. Əsərlərində Ə.Əzimzadənin yaradıcılığının bədii təhlili və tənqidinin yeri müəyyən olunub, müxtəlif təsviri və dekorativ-tətbiqi sənətlərə dair elmi araşdırmalar daxil edilib.

Monoqrafiya sənətşünaslar, mədəniyyətşünaslar və eləcə də incəsənətimizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: