Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

07.12.2019 14:44
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyaya AMEA Yüksək Texnologiyalar Parkı da qoşulub

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyaya AMEA Yüksək Texnologiyalar Parkı da qoşulub

Məlum olduğu kimi, ölkəmizdə  ekologiyanın və ətraf mühitin mühafizəsi məsələlərinə hər zaman xüsusi diqqət göstərilir. Azərbaycanın zəngin flora və faunasının qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında AMEA Yüksək Texnologiyalar Parkı da iştirak edib.

Aksiya zamanı ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə texnoparkın ərazisi təmizlənib, müxtəlif növ ağac tingləri əkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: