Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2019 16:08
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub

Dekabrın 5-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, eləcə də bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

İclası akademik Əhliman Əmiraslanov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifova 60 və Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Oqtay Mirzəyevə isə 80 illik yubileyləri münasibətilə bölmənin Fəxri fərmanları təqdim edilib.

Sonra akademik A.Qarayev adına Fiziologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış "Fiziologiya terminləri lüğəti"nin (rus, ingilis, Azərbaycan dillərində) nəşri ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, lüğət institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın rəhbərliyi ilə hazırlanıb və Nazirlər Kabineti yanında Terminalogiya Komissiyası və mütəxəssislər tərəfindən rəylər verilib.

Daha sonra lüğətin çap olunması haqqında müvafiq qərar qəbul edilib.

Bundan əlavə, bölmənin 2019-cu il üzrə elmi və elmi-təşkilati hesabatlarının, ən mühüm tədqiqat nəticələrinin hazırlanması məsələsi müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: