Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu il 5 mindən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib
04.12.2019 16:54
  • A-
  • A
  • A+

Bu il 5 mindən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlərin verilməsi işləri davam edir.

2019-cu ildə 5472 nəfər vətəndaş hüquqi yardım almaq üçün müraciət edib. Ötən 11 ay ərzində həssaslıq qrupuna görə istifadəçilərin xarakteristikası göstərir ki, onların əksəriyyəti (2649 nəfər) aztəminatlı ailələr qrupuna mənsubdur.

Hesabat dövründə müxtəlif hüquqi məsələlərlə bağlı istifadəçilərə göstərilən yardım zamanı ən çox müraciət edilən mövzular əsasən əmlak hüququ (1238 müraciət) ilə bağlı olub. Həmçinin nikahın pozulması, aliment, vərəsəlik, pensiya, sosial yardım, istehlakçı hüquqları, nəqliyyat məsələləri və s. üzrə hüquqi məsləhət xidmətləri də göstərilib.

Xatırladaq ki, hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə 2018-ci ilin mart ayından həyata keçirilir. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrupa aid olan vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar və aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: