Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tədqiqlər” jurnalının yeni nömrəsi çapdan çıxıb
04.12.2019 11:03
  • A-
  • A
  • A+

“Tədqiqlər” jurnalının yeni nömrəsi çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Tədqiqlər” jurnalının 2019-cu il üçün üçüncü nömrəsi çapdan çıxıb.

Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul şəxs isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.

Məcmuənin bu nömrəsində müasir Azərbaycan dili, dil nəzəriyyəsi, türk dilləri və Hind-Avropa dillərinin tədqiqinə dair müxtəlif yazılar yer alıb.

Oxucular jurnalda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə yazılmış “Yusif Seyidovun Nəsimi yaradıcılığına münasibəti”, “Nəsimi yaradıcılığında dünya və insan konsepti” adlı məqalələrlə də tanış ola bilərlər.

“Tədqiqlər” jurnalının növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: