Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nəsimi “Divan”ının leksikası” kitabı çapdan çıxıb
03.12.2019 14:30
  • A-
  • A
  • A+

“Nəsimi “Divan”ının leksikası” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanovun ilk dəfə 1970-ci ildə işıq üzü görmüş “Nəsimi “Divan”ının leksikası” kitabı çapdan çıxıb.

Kitabda Nəsimi divanının leksikası, onun anadilli şeirlərinin ədəbi dilimizin inkişafındakı rolu araşdırılır.

Monoqrafiyanı nəşrə hazırlayan və elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimovdur. P.Kərimov kitaba yazdığı “Professor Cahangir Qəhrəmanovun mətnşünaslıq fəaliyyəti” adlı “Ön söz”də alimin Nəsiminin ədəbi irsinin tədqiqi sahəsindəki fəaliyyəti barədə məlumat verib.

Ölkə Prezidentinin Sərancamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə nəşr edilən kitab böyük Azərbaycan şairi Nəsimi yaradıcılığının tədqiqinə həsr edilmiş ən fundamental elmi əsərlərdən hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: