Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətlərindən bəhs edən yeni nəşr
03.12.2019 09:27
  • A-
  • A
  • A+

Azərbaycanın böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətlərindən bəhs edən yeni nəşr

Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin rəhbəri, c.e.d. Vaqif MəmmədovMühəndisi geofizika şöbəsinin rəhbəri, g.-m.f.d. Əvəz Salamov və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dosenti, b.f.d. Saleh Əliyevin həmmüəllifi olduqları “Azərbaycan Respub­likası böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətləri və gölətrafı ərazi­lərin mühəndisi geofiziki şəraiti” kitabı çapdan çıxıb.  

Nəşrdə respublika ərazisində yerləşən böyük ölçülü göllərin hidrobiokimyəvi xüsusiyyətlərinin təbii və antropogen təsirli dövrlərdə dəyişmə istiqamətləri, onların parametrləri və ekoloji problemləri araşdırılıb, ekoloji şəraiti pozulmuş göllərin rekonstruk­siyası yolları göstərilib.

Müəlliflər bildirir ki, göllərin su mühiti və dib çoküntülərinin bir sıra kəmiyyət və keyfiyyət göstəricilərinin tədqiqi və ekoloji şəraitin qiymətlən­dirilməsi çirklənmiş göllərin tənzimlənməsi işində yardımçı ola bilər. Kitabda, həmçinin gölətrafı ərazilərin geofiziki şəraiti qiymətləndirilib, Bibiheybət və Bayıl sürüşmə zonaları tədqiq edilib.

Yeni nəşr hidrologiya, hidrokimya, hidrobiologiya, ekologiya və geofizika sahəsində çalışan mütəxəssislər üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: