Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan edilib
19.06.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan edilib

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası “Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan edir. Məqsəd ölməz şair-dramaturq Hüseyn Cavid irsinin tədqiqi və təbliği yolu ilə onun yaradıcılığını gənc nəslə çatdırmaqdır. Bakı şəhəri orta məktəblərinin 9-11-ci sinif şagirdləri mövzu üzrə inşasını müsabiqəyə təqdim edə bilər. İnşalar huseinjavid@gmail.com e-mail ünvanına göndərilməlidir.

İnşa yazıları mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsaqibənin sonunda üç ən yaxşı inşa müəllifləri seçiləcək. Qaliblərə müvafiq olaraq I, II və III yerlər üzrə “Hüseyn Cavid əsərləri 5 cilddə” külliyyatı, “Cavid hikməti (seçmə aforizmlər)” kitabı və “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu hədiyyə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: