Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Google” axtarış sistemindən Azərbaycana növbəti təxribat
19.06.2014 00:00
  • A-
  • A
  • A+

“Google” axtarış sistemindən Azərbaycana növbəti təxribat

Beynəlxalq axtarış sistemi olan “Google” şirkətinin “Google maps” xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib.

İyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatına görə, mərkəzin rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-in xəritəsindən istifadə olunur: “Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir”.

Qeyd olunur ki, “Google” tərəfindən əvvəllər də bu kimi hallar baş vermiş və RSXM-nin şirkətə davamlı müraciətlərindən sonra xəritədə Azərbaycan ərazilərinin erməni dilində göstərilməsinə son qoyulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: