www.science.az
28.11.2019 18:23

AMEA əməkdaşı dövlət başçısı tərəfindən təltif olunub

Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar memar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Əfəndizadə ölkə başçısının 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bu mükafat R.Əfəndizadəyə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə verilib.

Qeyd edək ki, tanınmış memar bir sıra yaşayış evlərinin layihələrinin təşəbbüskarıdır. O, Azərbaycan  və  Bakının  memarlığı  və  şəhərsalma məsələlərinə dair 50-dən artıq əsərin, o cümlədən 5  monoqrafiyanın  müəllifidir. R.Əfəndizadə 1979-cu ildə Azərbaycanın "Əməkdar memarı" fəxri adına, 1986-cı ildə "Şərəf Nişanı" ordeninə, 2000-ci ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.