Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı ICOM Azərbaycan Milli Komitəsinə üzv seçilib
28.11.2019 11:27
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı ICOM Azərbaycan Milli Komitəsinə üzv seçilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Zümrüd İsmayılova Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums, ICOM) Azərbaycan Milli Komitəsinə üzv seçilib. Azərbaycan Milli Xalça Muzeyində yeni üzvlərin seçilməsinə dair keçirilən tədbirdə üzvlərə ICOM kartları təqdim edilib.

Qeyd edək ki, dünyanın 137 ölkəsindən 35 minə yaxın üzvü olan ICOM təbii və mədəni, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyət ilə qarşılıqlı əlaqələrin yaradılması məsələləri ilə məşğul olan muzey mütəxəssislərini bir araya gətirən beynəlxalq təşkilatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: