www.science.az
26.11.2019 15:49

Biofizika İnstitutunun əməkdaşı Fransanın Monpelye Universitetinə ezam edilib

Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universitetinin birgə təşkil etdiyi ikili doktorantura proqramının qalibi olub. Bununla bağlı gənc tədqiqatçı iki il müddətinə Fransanın Monpelye Universitetinə ezam edilib.

Z.Osmanlının iki il müddətində həmin proqram çərçivəsində Monpelye Universitetinin Struktur Biologiyası Tədqiqat Mərkəzində professor Andrey Kajava ilə birgə “Zülallarda amiloidogen xüsusiyyətli rayonların analizi üçün bioinformatik proqramların yaradılması və tətbiqi” mövzusunda tədqiqat işi aparması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.