Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun tarixinə həsr olunan kitab çapdan çıxıb
26.11.2019 12:43
  • A-
  • A
  • A+

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun tarixinə həsr olunan kitab çapdan çıxıb

Məlum olduğu kimi, noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən “XTNS. “Azərbaycan” pavilyonu. 1939-2019” adlı kitab nəşr olunub. Kitabın hazırlanması və nəşri üzrə layihənin rəhbəri Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, koordinatoru Ülviyyə Qasımova, məsləhətçisi isə Rəşad Kərimovdur. Nəşrin mətninin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur.

Azərbaycan və Rusiya arxivləri, eləcə də mövcud elmi ədəbiyyat əsasında hazırlanmış kitabda XTNS-dəkı “Azərbaycan” pavilyonunun 1939-cu ildən keçidiyi tarixi dövr əks olunub. Nəşrdə pavilyonun Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş kompleks bərpa işlərinin mərhələləri, həmçinin pavilyonun müasir görünüşünü əks etdirən fotoşəkillər də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: