www.science.az
26.11.2019 10:40

AMEA-nın bir qrup əməkdaşı Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunublar

Noyabrın 25-də Prezident İlham Əliyev "Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-nın bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunublar.

Belə ki, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva, Milli Məclisin Elm və təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, professor Kamil Mənsimov “Şöhrət” ordeninə layiq görülüblər.

Bundan əlavə, akademiklər Abel MəhərrəmovYusif Məmmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.

Ölkə başçısının digər Sərəncamı ilə isə akademik Vasif Babazadə və AMEA-nın müxbir üzvü Məsumə Məlikova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.