www.science.az
17.09.2014 00:00

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsini akademik İradə Hüseynova icra edəcək

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsini akademik İradə Hüseynova icra edəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məqsədilə AMEA-nın 30 iyun 2014-cü il tarixli Ümumi Yığıncağında Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.