Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2019 11:48
  • A-
  • A
  • A+

“Kimya elminin inciləri” mövzusunda tədbir keçirilib

“Kimya elminin inciləri” mövzusunda tədbir keçirilib

AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) şagirdlərin iştirakı ilə “Kimya elminin inciləri” mövzusunda konfrans keçirilib.

NKPİ və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir kimya elminin inkişafına töhfə verən və bəşər tarixində silinməz izlər qoyan görkəmli kimyaçı qadınların roluna həsr olunub.

Tədbiri institutun direktoru, akademik Vaqif Abbasov açaraq Azərbaycanın görkəmli kimyaçı qadınları - İzzət Orucova, Elmira Süleymanova, Fəzilə Səmədova haqqında məlumat verib, həmçinin məktəbliləri NKPİ-də çalışan elmlər doktorları olan qadınlarla tanış edib.

Sonra Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi Günay Nəsibova “Kimya elminin inciləri” mövzusunda məruzə ilə çıxış edib, Maria Sklodovskaya-Küri, İren Jolio-Küri, Vera Balandina, Marqarita Vrangel, Mariya Anna Lavuazye və digər məşhur kimyaçı qadınların həyat və yaradıcılıqları barədə məlumatları şagirdlərin diqqətinə çatdırıb. 

Sonda Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi Yelena Şişkalova NKPİ-nin 90 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, gənc nəslə göstərilən diqqətə görə institutun kollektivinə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: