Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib
14.11.2019 14:13
  • A-
  • A
  • A+

Azərbaycan alimi Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib

Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib.

Cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda S.Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunub.

Azərbaycanın hərb tarixi və heraldikasına aid bir sıra nəşrlərin müəllifi olan S.Əhmədov, həmçinin XIX–XX əsrin əvvəllərində milli hərbi hissələrin yaradılmasında azərbaycanlılarla bərabər fəaliyyət göstərmiş digər millətlərin nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi, eləcə də Qafqaz silahlarının tədqiqinə həsr edilən məqalələrin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: