Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fizika İnstitutunda beynəlxalq layihə çərçivəsində aparılmış tədqiqat işləri müzakirə olunub
25.10.2019 14:32
  • A-
  • A
  • A+

Fizika İnstitutunda beynəlxalq layihə çərçivəsində aparılmış tədqiqat işləri müzakirə olunub

İtaliyanın Elektronika və Maqnetizm Materialları İnstitutunun əməkdaşları Klaudio Ferrari, Giovanni Attolini, Sara Beretta və Francesco Rispoli AMEA-nın Fizika İnstitutunda olublar.

Məqsəd AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının elmi əməkdaşlığa dair sazişinə əsasən 2018-2019-cu illər üçün müsabiqədə qalib olmuş “Partlayıcı sensorlar üçün germanium və karbon nanostrukturları” layihəsi çərçivəsində aparılmış tədqiqat işlərinin nəticələrini müzakirə etmək olub.

İki gün müddətində Bionanostrukturlar fizikası laboratoriyasının aparıcı elmi işçisi Nahidə Musayevanın rəhbərliyi ilə təcrübələr aparılıb, əldə olunan nəticələr müzakirə edilib və növbəti iş planı tərtib olunub.

Qonaqlar, həmçinin Fizika İnstitutunun innovasiya sektorunda mövcud müasir maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: