Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının növbəti sayı işıq üzü görüb
25.10.2019 10:10
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının ictimai və humanitar elmlər seriyasına həsr edilən növbəti sayı çapdan çıxıb.

Nəşrin sayca üçüncü nömrəsində Tarix və siyasət, Arxeologiya və etnoqrafiya, Azərbaycan dili, Folklor və ədəbiyyat, İncəsənət, İqtisadiyyat adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr əksini tapıb.

Jurnalda “Moskva müqaviləsi və Naxçıvanın Azərbaycanın himayəsində muxtar ərazi statusu”, “Nadir şahın hakimiyyəti illərində Naxçıvanda siyasi vəziyyət”, “Naxçıvan diyarında torpaq mülkiyyət formaları (XVIII-XIX əsrlərdə)”, “Naxçıvanın Son Tunc dövrünə aid arxeoloji abidələrdən aşkar olunmuş gil möhürlər haqqında”, “Folklor motivləri Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” jurnalında milli oyanışa çağırış üsulu kimi”, “Ərtoğrol Cavidin həyatı və yaradıcılıq yolu” və digər başlıqlı məqalələr yer alıb.

Yubileylər bölməsində isə tanınmış epiqraf alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin 70 illik yubileyi ilə əlaqədar “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı” adlı geniş məqalə dərc olunub. Məqalədə görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən, uzun illər ərzində apardığı elmi-tədqiqatlardan və onun tarix elminin inkişafındakı xidmətlərindən bəhs olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: